ANA SƏHİFƏ / REKORDLAR / QEYDƏ ALINMA QAYDALARI

Rekordların qeydə alınması qaydaları

Pauerliftinq və benç-press üzrə rekordların qeydiyyatı və təsdiqi qaydaları.

“Pauerliftinq və Benç-Press üzrə rekordların qeydiyyatı və təsdiqi qaydaları”nın təsdiq edilməsi haqqında

Azərbaycan Pauerliftinq bölməsi tərəfindən pauerliftinq idman növü üzrə rekordların vahid qaydada qeydiyyatı, təsdiqi və aparılmasını təmin etmək məqsədilə, həmçinin Beynəlxalq Pauerliftinq Federasiyasının (BPF) texniki qaydaları nəzərə alınaraq

QƏRAR VERİLİR:

1. Ümumi müddəa

1.1. “Pauerliftinq və Bench Press üzrə rekordların qeydiyyatı və təsdiqi qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Qaydaların tətbiqi

2.1. Təsdiq edilmiş qaydalar Azərbaycan ərazisində keçirilən və Azərbaycan Pauerliftinq bölməsi tərəfindən tanınan bütün yarışlara şamil edilsin.

2.2. Rekordların qeydiyyatı və təsdiqi yalnız təsdiq edilmiş qaydalara uyğun həyata keçirilsin.

3. Nəzarət

3.1. Qaydaların icrasına nəzarət Azərbaycan Pauerliftinq bölməsi tərəfindən həyata keçirilsin.

4. Qüvvəyə minmə

4.1. Bu qərar imzalandığı tarixdən qüvvəyə minir.

4.2. 01.09.2026-cı il tarixindən etibarən bütün yarışlarda tətbiq edilsin.

Hafiz Verdiyev

Əlavə

PAUERLİFTİNQ VƏ BENÇ - PRESS ÜZRƏ REKORDLARIN QEYDİYYATI VƏ TƏSDİQİ QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu qaydalar Azərbaycan Respublikasında pauerliftinq üzrə rəsmi rekordların qeydiyyatı, təsdiqi və qorunması məqsədilə hazırlanmışdır.

1.2. Qaydalar yalnız Böyüklər yaş kateqoriyası üzrə tətbiq olunur.

1.3. Rekordlar aşağıdakı hərəkətlər üzrə ayrıca qeydə alınır:

• Squat

• Bench Press

• Deadlift

• Total (üç hərəkətin cəmi)

1.4. Rekordlar kişi və qadınlar üzrə, həmçinin çəki dərəcələrinə uyğun aparılır.

1.5. Bütün nəticələr Beynəlxalq Pauerliftinq Federasiyasının (BPF) texniki qaydalarına uyğun olmalıdır.

1.6. Rekordlar yalnız Azərbaycan Respublikasında BPF-nın qaydalarına uyğun təşkil olunmuş və rəsmi tanınmış yarışlarda qeydə alınır.

2. Rekordların təsis sistemi

2.1. İlkin mərhələdə “Təsis Standartı” tətbiq olunur.

2.2. Minimum nəticələr əvvəlcədən müəyyən edilir.

2.3. Standartı yerinə yetirən idmançı müvəqqəti rekord sahibi sayılır.

2.4. Standartı aşan ilk nəticə rəsmi rekord kimi təsdiq edilir.

2.5. Sonrakı rekordlar yalnız daha yüksək nəticə ilə yenilənir.

3. Rekordların təsdiqi şərtləri

3.1. Rekord aşağıdakı hallarda təsdiq olunur:

a) Yarış Azərbaycan Pauerliftinq bölməsi tərəfindən tanınmalıdır

b) Milli dərəcəli hakimlər iştirak etməlidir

c) Hərəkət texniki baxımdan düzgün icra olunmalıdır

d) İdmançılar qaydalara uyğun qeydiyyatdan keçməlidir

e) Zəruri hallarda idmançı Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) müəyyən etdiyi qaydalara uyğun olaraq antidopinq nəzarətinə (yoxlamasına) cəlb oluna bilər.

3.2. Yarış BPF-nın texniki qaydalarına uyğun keçirilməlidir.

3.3. Zərurət olduqda sübut materialları tələb oluna bilər.

4. Avadanlıq kateqoriyası

4.1. Rekordlar ilkin mərhələdə yalnız Təçhizatsız (BPF-nın qaydalarına uyğun) üzrə qeydə alınır.

4.2. Equipped kateqoriyası sonradan tətbiq oluna bilər.

5. Çəki dərəcələri

5.1. Çəki dərəcələri BPF-nın standartlarına uyğun müəyyən edilir.

6. Rekordların yenilənməsi

6.1. Rekord yalnız daha yüksək nəticə ilə yenilənir.

6.2. Minimum artım:

• Squat, Bench Press və Deadlift üçün minimum 1 kq

6.3. Eyni nəticə rekord sayılmır.

6.4. Pauerliftinq rekordu üç uğurlu hərəkətin cəmi əsasında müəyyən edilir.

6.5. Eyni yarış çərçivəsində bir neçə idmançı tərəfindən eyni rekord nəticə göstərildikdə, rəsmi rekord hüququ həmin nəticəni zaman baxımından daha əvvəl icra edən idmançıya şamil olunur.

7. Nəticələrin qeydiyyatı

7.1. Rekord aşağıdakı məlumatlarla qeydə alınır:

• Ad və soyad

• Çəki dərəcəsi

• Hərəkət növü

• Nəticə

• Yarışın adı və tarixi

• Yarışın keçirildiyi yer

7.2. Rekord təsdiq edildikdən sonra idmançıya sertifikat təqdim edilə bilər.

8. Nəzarət və ləğvetmə

8.1. Aşağıdakı hallarda rekord ləğv edilə bilər:

• Texniki qayda pozuntusu

• Hakim səhvi

• Qaydalara zidd nəticə

• İdmançının nizam-intizam qaydalarını pozması faktı rəsmi qaydada müəyyən edildikdə